1. Satıcı tərəfindən Sifarişçiyə göstərilmiş xidmətlərin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə təsvir olunmuş cədvəl üzrə  təyin edilir.
  2. Bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin aylıq abunə haqqı öncədən Sifarişçi tərəfindən ödənilməlidir.
  3. Birdəfəlik və yaxud aylıq abunə ödəmələrini ödəmək üçün hesabı satıcıdan aldığı gündən etibarən 5 (beş) iş günü ərzində onun hesabına manatla köçürmə və ya nəğd yolu ilə ödəməlidir.
  4. Satıcı tərəfindən təqdim olunan hesab eyni zamanda xidmətin təhvil-təslim aktı hesab olunur.
  5.  Əgər Satıcı Sifarışçiyə hesab təqdim etdiyi gündən  etibarən 5 (beş) iş günü ərzində öz hesabına birdəfəlik və aylıq ödəmələri almazsa, bu zaman Satıcı Sifarişçini xəbərdar etmədən dərhal göstərdiyi xidmətləri dayandırmaq və yaxud bu Müqaviləni ləğv etmək hüququna malikdir.
  6. Ödəniş nağd və ya köçürmə yolu ilə həyata keçirilir.
  7. Satıcı ƏDV ödəyicisidir.